Las Veqas-2026: Həftəsonuna hava proqnozu
Formula1 AzerbaijanRəhim N.Əliyev


Bu həftəsonu Las Veqasın yerləşdiyi Moxave səhrasının mərkəzi hissəsində gündüz hava sərin olacaq, əsas sessiyalar keçirilən gecə saatlarında isə soyuq olacaq.
19 Noyabr 2026, 08:04
1241
Gündüz Las Veqasda havanın temperaturu +15…18°C təşkil edəcək, cümə axşamı gecəsi isə ilk məşqlər təxminən +7°C temperaturda keçəcək. Yağış ehtimalı var.
Cümə günü küləyin istiqaməti dəyişəcək, sıralanma turu zamanı havanın quru və təxminən +6°C olacağı gözlənilir, şənbə günkü yarış zamanı isə quru hava və +7°C temperatur proqnozlaşdırılır.
Ötən il Las Veqas Qran Prisinın sıralanma turundan başqa bütün sessiyaları quru trasda keçib.
