Xviça Kvaratsxeliya GQ France jurnalının versiyasına görə ilin adamı elan edilib


6 mənbə əsasında
Fransanın PSJ klubunun hücumçusu Xviça Kvaratsxeliya GQ jurnalının qərarı ilə ilin adamı mükafatına layiq görülüb. Parisdə təşkil olunan tədbirə zədə səbəbindən videobağlantı ilə qoşulan gürcüstanlı futbolçu mükafatı komanda yoldaşlarına həsr edib. 1996-cı ildən bəri verilən bu mükafat idman, mədəniyyət və digər sahələrdə fərqlənən şəxslərə təqdim olunur. Futbolçu cari ildə keçirilən Çempionlar Liqası matçında dizindən zədə alaraq əməliyyat keçirib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Fransanın nüfuzlu GQ jurnalının versiyasına görə 2026-cı ilin adamı adına layiq görülüb. Bakıvaxtı.az xəbər verir ki, mükafat 1996-cı ildən təqdim olunur. O, idman, kino, musiqi, moda və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə edən və təsir göstərən şəxslərə verilir. Qeyd edək ki, mükafatın builki qalibləri arasında fransalı MMA döyüşçüsü Salahdin Parnas da yer alıb. Xatırladaq ki, Kvaratsxeliya Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Barselona” ilə matçda (4:2) dizinin çarpaz bağlarından zədələnib. Onun bərpasının təxminən 9 ay çəkə biləcəyi bildirilir. Gürcüstanlı futbolçu 2026-cı il “Qızıl top” səsverməsində 6-cı yeri tutaraq mükafata namizəd göstərilən komanda yoldaşlarının hamısını qabaqlayıb.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
