Kuzbassda təyyarə qəzasında həlak olanların sayını açıqladı


Rusiyanın Kemerovo vilayətində planlı uçuş zamanı hərbi-nəqliyyat təyyarəsi "An-12" qəzaya uğrayıb.
32gun.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi qurumun məlumatına görə, aviaqəza noyabrın 17-də baş verib. Təyyarə insan yaşamayan əraziyə düşüb. Ekipaj üzvləri də daxil olmaqla, göyərtədəki bütün 19 nəfər həlak olub.
Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir. Hadisənin başvermə şəraitini araşdırmaq üçün Rusiya Aerokosmik Qüvvələrinin komissiyası hadisə yerində işləyir, deyə Müdafiə Nazirliyindən dəqiqləşdirilib.
Ayaz