Kukurelya: "Almaniyada oynamağım artıq mümkün deyil"


İspaniya millisinin müdafiəçisi Mark Kukurelya Alman azarkeşlərinin ona qarşı fit səsləri barədə danışıb.
Offsideplus.az xəbər verir ki, AVRO-2024-ün 1/4 finalında keçirilən İspaniya – Almaniya oyununda (2:1) hakim Entoni Teylor 106-cı dəqiqədə Camal Musialanın zərbəsindən sonra topun Kukurelyanın əlinə dəyməsinə baxmayaraq, Almaniya millisinin xeyrinə penalti təyin etməyib. VAR müdaxilə etməyib. Sonradan UEFA həmin epizodda penalti verilməməsinin səhv olduğunu etiraf edib.
Kukurelya bildirib: "Bilirəm ki, artıq Almaniyada oynaya bilmərəm. Bunu mənə hər dəfə xatırladırlar. Amma günahkar hakimdir, mən deyiləm. Niyə məhz məndən çıxırlar, anlamıram. Belə görünür ki, Almaniyada oynamağım mümkün deyil. Orada məni 'çox sevirlər' (gülür)".
