Şəhər küçələrində bala göyərçinlərin niyə görünməməsinin səbəbləri


4 mənbə əsasında
Şəhər mühitində ən çox rast gəlinən quşlar arasında yer alan göyərçinlərin balalarının küçələrdə niyə görünmədiyi sualı açıqlanıb. Qayalıqlarda yaşayan əcdadlarının vərdişlərini davam etdirən bu quşlar yuvalarını binaların damlarında, çardaqlarda və havalandırma boşluqlarında qururlar. Bala quşlar tam inkişaf edib böyüklərə bənzəyənədək həmin gizli yerləri tərk etmirlər. Yeni doğulan göyərçinlər sarımtıl tüklərə malik olur və valideynlərinin çinədanında yaranan xüsusi qida ilə bəslənirlər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Küçələrdə heç vaxt bala göyərçinin görünməməsinin SƏBƏBİ
Göyərçinlər şəhərlərdə ən çox rast gəlinən quşlardandır. Onları hər gün küçələrdə, parklarda və binaların ətrafında görürük. Lakin maraqlıdır ki, insanların çoxu indiyədək bala göyərçin görməyib. Bəs bunun səbəbi nədir?ANZ.AZ xarici mediaya istinadla xəbər verir ki, göyərçin balalarının gözə görünməməsi bu quşların yuva qurmaq və balalarını böyütmək xüsusiyyətləri ilə bağlıdır.Şəhər göyərçinlərinin əcdadları qayalıqlarda və dağların əlçatmaz yerlərində yaşayıblar. Zamanla şəhər mühitinə uyğunlaşsalar da, yuva qurmaq vərdişlərini qoruyub saxlayıblar.Bala göyərçinlər harada gizlənir?Göyərçinlər yuvalarını əsasən binaların damlarında, çardaqlarda, eyvanların əlçatmaz hissələrində, dam örtüklərinin altında və havalandırma boşluqlarında qururlar.Bu səbəbdən onların balaları insanların gözündən uzaqda böyüyür. Bala göyərçinlər kifayət qədər inkişaf edib böyüklərə bənzəyənə qədər yuvanı tərk etmirlər.Bala göyərçinlər necə görünür?Dişi göyərçin adətən iki yumurta qoyur və il ərzində bir neçə dəfə bala çıxara bilir.Yeni doğulmuş göyərçin balaları valideynlərinə heç bənzəmir. Onların bədəni sarımtıl tüklərlə örtülü olur, dimdikləri açıq rəngdə, gözlərinin ətrafı isə tünd görünür.İlk günlərdə balalar tamamilə köməksiz olur və qidalanmaq üçün valideynlərindən asılı qalırlar.Maraqlıdır ki, həm erkək, həm də dişi göyərçin balalarını xüsusi qida ilə bəsləyir. “Quş südü” adlanan bu maddə göyərçinlərin çinədanında yaranır və balaların inkişafı üçün vacib qida maddələri ilə zəngindir.Nə vaxt yuvadan çıxırlar?Bala göyərçinlər təxminən 30 gün yuvada qalırlar. Bu müddətdə onların sarımtıl tükləri tədricən lələklərlə əvəz olunur, dimdikləri tündləşir və görünüşləri böyüklərə oxşamağa başlayır.Yuvadan ayrılan gənc göyərçinlər artıq uçmağı bacarır və qida axtarmağa başlayırlar. Buna baxmayaraq, bir müddət valideynlərindən yem istəyə bilirlər.Gənc göyərçinləri böyüklərdən gözlərinin daha tünd olması, dimdiklərinin dibindəki ətli hissənin zəif inkişaf etməsi və lələklərinin nisbətən solğun r
Tam oxu Anz.az saytındaDərc vaxtına görə