Koroğlu stansiyasından Hava limanına gedən yolda hərəkət məhdudlaşacaq


3 mənbə əsasında
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, noyabrın 21-də gecə saatlarından səhər saatlarınadək metronun Koroğlu stansiyasından Hava limanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılacaq. Təhlükəsizliyin təkmilləşdirilməsi məqsədilə aparılan təmir işləri səbəbindən sürücülərə Bakıxanov qəsəbəsinin daxili küçələri və Zığ şosesi kimi alternativ marşrutlardan istifadə etmək tövsiyə olunub. Yol polisi əməkdaşları ərazidə hərəkətin tənzimlənməsini və təhlükəsizliyi təmin edəcəklər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
“Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciət edib. İdarədən verilən məlumata görə, noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri aparılacaq. Bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək. Şəhərin mərkəzindən Hava limanı istiqamətinə isə alternativ yol olaraq metronun “Koroğlu” stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı “8 Noyabr” prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər. Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin olunması və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcək. Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.
Tam oxu Azərbaycan qəzeti saytındaDərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
“Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
