Taksi sürücülərinin imtahan tarixi açıqlanıb


CƏMİYYƏT
20 Noyabr 2026 | 15:36 | Müəllif: Günəş Mərd
Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün 3 dekabr tarixində imtahan keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.
İmtahanda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
