Koçaryan məhkəmədə “Qafqaz əsiri” filmindən sitat gətirdi


Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “1 mart işi” üzrə məhkəmə iclasında sovet komediyası “Qafqaz əsiri”ndən sitat gətirib.
AzNews.az xəbər verir ki, hakim Sarkis Petrosyan Koçaryanın vəkili Aram Orbelyanın yarım saat ərzində iclas zalına qayıtmayacağı təqdirdə prosesdən kənarlaşdırılacağını bildirib. Koçaryan hakimin xəbərdarlığına “Yaşasın bizim məhkəmə, dünyanın ən humanist məhkəməsi!” sözləri ilə reaksiya verib.
Orbelyan başqa bir təxirəsalınmaz məhkəmə prosesində iştirak etməli olduğunu bildirərək iclasın təxirə salınmasını istəyib. Məhkəmə isə 30 dəqiqəlik fasilə elan edib.
Koçaryanın səsləndirdiyi replikanı Leonid Qaydayın 1966-cı ildə çəkdiyi “Qafqaz əsiri” filmində Georgi Vitsinin canlandırdığı Qorxaq obrazı deyir.
Dərc vaxtına görə
