Kloppun köməkçisinə Fransada iş verdilər
Futbolpress.azŞahin Cəfərov

1 dəq oxu
Xəbər
Fransanın “Strasburq” klubunun yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Vitor Matuşa tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mütəxəssis bu vəzifədə Uqo Filipe Oliveyranı əvəzləyib.
Vitor Matuş 2025-ci ilin noyabrında “Suonsi Siti”də çalışırdı. Mütəxəssis bundan öncə “Liverpul”da baş məşqçi Yurgen Kloppun köməkçisi olub.
“Strasbuqr” çempionatda 10 turdan sonra 10 xalla 13-cü sıradadır.
Mənbə
1 mənbə



