Klopp: "Feliks heç kimi incitmək istəmir və artıq belə sevinməyəcək"


Almaniya millisinin baş məşqçisi Yurgen Klopp Feliks Nmeçanın qol sevincindəki qalmaqala münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi qol vurduqdan sonra başından xəyali tacı çıxarıb meydançaya qoyub. Bu jest 2015-ci ildə sabiq futbolçu Con Bostok tərəfindən yaradılan Ballers in God adlı evangelist şəbəkəyə məxsusdur. Həmin şəbəkə xristian fundamentalizminə və mühafizəkar dəyərlərə bağlılığına görə tənqid olunur. Nmeça bu hərəkətinə görə "Borussiya" azarkeşləri tərəfindən tənqid edilib.
O, öz mövqeyini belə izah edib: "Heç vaxt ayrı-seçkiliyə və ya nifrətə çağırmamışam. Biz xristianlar hər kəsə sevgi və hörmət aşılayırıq".
Klopp isə bildirib: "O dedi ki, bütün insanları sevir və heç kimi incitmək, alçaltmaq niyyətində deyil. Mənim üçün əsas olan budur. Artıq belə sevinməyəcək. O, son dərəcə mehriban, səmimi və açıq bir gəncdir. Yanımızda olanda yalnız pozitivlik ötürür".
Qeyd edək ki, Almaniyada Nmeçanın bu sevinci LGBT icmasına qarşı jest kimi qiymətləndirilib və məsələ məhkəməyə qədər gedə bilər.
1 mənbə
