"Klivlend" əsas heyətsiz "Dallas"ı məğlub edib


"Klivlend Kavalers" start beşliyinin tam yoxluğuna baxmayaraq, "Dallas Maveriks"ə qarşı inamlı qələbə qazanıb. Görüş 127:117 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Komandanın müdafiəçisi Tayriz Proktor 24 xal, 11 ribaund və 10 assistlə karyerasında ilk dəfə üçqat göstəriciyə imza atıb.
Offsideplus.az xəbər verir ki, ümummilli uçuş qadağası səbəbindən "Klivlend" cümə günü "Mayami Hit"lə səfər oyunundan sonra Cənubi Floridada qalmalı olub və yalnız şənbə səhəri evə dönə bilib. "Kavalers" bu səbəbdən "Dallas"la qarşılaşmada Donovan Mitçell (diz), Ceyms Harden (baldır), Peyton Uotson (bud) və Carrett Allenin (diz) xidmətindən məhrum qalıb. Həmçinin, Evan Mobli (ayaq baş barmağı) ardıcıl ikinci oyunu buraxıb. "Roket Arena"da azarkeşlər əsas heyətin yoxluğunu etirazla qarşılasalar da, əvəzedici basketbolçular onları məyus etməyib. Mario Hezonya 22, Melik Tomas 20, Ceylon Tayson 18, Tomas Braynt isə 19 xalla fərqlənib.
