Kley Tompsonun möhtəşəm çıxışı "Mayami Hit"ə qələbə qazandırdı


Kley Tompson "Mayami Hit"in heyətində "Detroyt Pistons"a qarşı keçirilən oyunda parlaq performans nümayiş etdirib. 36 yaşlı müdafiəçi cəmi 20 dəqiqə meydanda olsa da, 26 xal toplayıb. O, 17 atışdan 10-da dəqiq olub, bunlardan 6-sı üçxallıq atışdır.
Offsideplus.az xəbər verir ki, "Mayami Hit" bu qarşılaşmada "Detroyt Pistons"u 137:117 hesabı ilə məğlub edərək ardıcıl dördüncü qələbəsini qazanıb.
