Kiyevə hücum: 15 nəfər hələ də itkindir

1 dəq oxu
Xəbər
Kiyev vilayətində noyabrın 22-də Rusiyanın endirdiyi zərbə nəticəsində yaranmış dağıntıların təmizlənməsi işləri davam etdirilir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Qeyd olunub ki, hazırda 15 nəfər itkin düşmüş hesab olunur, onların arasında iki uşaq - 12 yaşlı qız və 7 yaşlı oğlan da var:
"Son məlumata görə, bir qadın həlak olub, üç nəfər isə xəsarət alıb. Xəsarət alanlar arasında iki qadın və 16 yaşlı yeniyetmə oğlan var. Yeniyetmə xəstəxanaya yerləşdirilib. Hadisə yerində polis əməkdaşları, xilasedicilər və digər aidiyyəti qurumların əməkdaşları işlərini davam etdirirlər. Axtarış-xilasetmə işləri davam etdirilir".
Xatırladaq ki, Kiyev vilayətinin Dimer qəsəbəsində rus PUA-sı beşmərtəbəli yaşayış binasına çırpılıb.
Mənbə
1 mənbə



