Conatan Ta “Bavariya”da görmək istədiyi futbolçunu açıqladı


“Bavariya”nın mərkəz müdafiəçisi Conatan Ta Münhen klubunda Florian Virtsin transferini görməkdən məmnun olacağını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli müdafiəçi ideal transfer seçimindən danışarkən Virtsin adını çəkib.
— “Bavariya”ya bir futbolçu transfer etmək imkanınız olsaydı, kimi seçərdiniz?
— Flo Virts. İlk növbədə, o, mənim yaxın dostumdur. Onun hansı keyfiyyətlərə malik olduğunu və komandaya necə təsir göstərə biləcəyini bilirəm. Şübhəsiz ki, onu seçərdim, – Ta “Bayern & Germany”yə açıqlamasında deyib.
Qeyd edək ki, "Bavariya" 2025-ci ildə ulduz yarımmüdafiəçinin transferi uğrunda mübarizə aparsa da, Virts “Liverpul”a üstünlük verib və hazırda İngiltərə klubunda çıxış edir.
Florian Virts və Conatan Ta daha əvvəl Leverkuzen “Bayer”ində birlikdə çıxış ediblər. Müdafiəçi də 2025-ci ildə “əczaçılar”ın düşərgəsini tərk edərək klubdan ayrılıb.
