“Çelsi” Kunde transferi üçün Paleststra ilə yollarını ayıra bilər


“Çelsi” baş məşqçi Xabi Alonsonun “Barselona”nın müdafiəçisi Jül Kunde transfer etmək planları fonunda Marko Paleststra ilə yollarını ayırmağa hazırdır.
90deqiqe.Az-ın “El Nacional”a istinadən məlumatına görə, italiyalı futbolçunun A Seriyasına qayıtmasında “Yuventus”, “Milan” və “Napoli” maraqlıdır.
“Alonso Kunda transferini yaxın zamanda, hətta yanvar ayında reallaşdırmağa ümid edir. London klubu fransalı müdafiəçini heyətinə qatmaq üçün Paleststra ilə vidalaşmağa hazırdır. Futbolçu karyerasını İtaliyada davam etdirə bilər.
Paleststra ötən yay təxminən 60 milyon avro qarşılığında “Atalanta”dan “Çelsi”yə transfer olunub. 2025/2026 mövsümündə o, icarə əsasında “Kalyari”də çıxış edib və A Seriyasının ən yaxşı müdafiəçisi seçilib.
21 yaşlı futbolçunun İngiltərədəki karyerasının başlanğıcı isə uğurlu alınmayıb. Bud nahiyəsindən aldığı zədə səbəbindən “Çelsi”də debütü yalnız oktyabr ayında baş tutub. Paleststra indiyədək 6 matçda ümumilikdə 202 dəqiqə meydanda olub.
