Kəngərlidə Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib


ANZ.AZ xəbər verir ki, Kəngərli Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Müstəqilliyə gedən yol” adlı tədbir keçirilib.
Kəngərli rayon Təhsil Şöbəsində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti, 1988-ci ildə başlayan milli azadlıq hərəkatının dövlət müstəqilliyimizin əldə olunmasındakı rolu və milli birliyin əhəmiyyəti vurğulanıb.
Tədbir mövzu ətrafında müzakirələr və Milli Dirçəliş Gününə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.