“Kəmərləri sıxın, qabırğamız, onurğamız sınana qədər…” – Sahil Babayevə sərt sözlər


17.11.2026 - 10:141921 dəq oxu
“Sahil Babayev Milli Məclisdə 2027-ci ilin büdcəsindən danışıb. Deyib ki, büdcənin gəlirləri 39,3 milyard, xərcləri 42,4 milyard manat proqnozlaşdırılır. Qeyri-neft sektorunun büdcə gəlirlərində payı 60,6 faizə çatacaq. Bir az çox olmadı?”
NOCOMMENT.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Aygün Muradxanlı deyib. Onun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi layihəsində qeyri-neft sektorunun gəlirlərdə payının 60,6 faizə çatdırılması hədəfi real iqtisadi artım və istehsal sahələrinin inkişafı ilə deyil, əsasən cərimələr və daxili vergi-rüsum yükünün artırılması ilə əlaqədardır:
“Tank düzəltmirik, PUA layihəmiz yox, yüngül sənaye müəssisəsi barmaq sayı, kənd təsərrüfatı böyrü üstə… Kəndlər boş, vətəndaş Abşeron gecəqondularında kirayə yaşayıb 400-500 manatlıq iş axtarır il boyu. Ondan yuxarı maaş alanlar heç bir dəyər yaratmırlar, özləri büdcənin boğazında oturublar. Nazir qeyri-neft nəyə deyir? Cərimələrə? Kəmərləri sıxın.., qabırğamız, onurğamız sınana qədər çalışıb büdcəni doldurmalıyıq”.
DOĞRU.AZ
dogru.az "Doğru" xəbər portalı 51,1 min izləyici2.905 paylaşım
1 mənbə
