Karlo Ançelotti Rafinyanın Braziliya yığmasında qalması barədə danışıb


Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Barselona"nın ulduz futbolçusu Rafinyanın cəzalı olmasına baxmayaraq milli komandanın düşərgəsində qalması ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun klubu olan "Barselona"ya erkən qayıtmaq əvəzinə şəxsi istəyi ilə komanda yoldaşlarının yanında qalmağı seçdiyini bildirib:
"Rafinya qırmızı vərəqə səbəbindən cəzalı olmasına baxmayaraq, şəxsən komanda ilə birlikdə qalmağı xahiş etdi."
Qeyd edək ki, Rafinya şənbə günü Yaponiya millisinə 3:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə qırmızı vərəqə alaraq cəzalı duruma düşüb. Cəzası səbəbindən çərşənbə axşamı Sinqapur yığması ilə keçiriləcək növbəti oyunda meydana çıxa bilməyəcək futbolçunun İspaniyaya qayıdacağı gözlənilsə də, o, düşərgədə qalmağa üstünlük verib.
Baş məşqçi Karlo Ançelotti futbolçunun bu addımını onun komandaya bağlılığının və kollektivə dəstək olmaq istəyinin göstəricisi kimi dəyərləndirib.
1 mənbə
