Deputat Azərbaycan və Vyetnam arasındakı əlaqələrin tarixi köklərindən danışıb


14 mənbə əsasında
Milli Məclisin deputatı Kamaləddin Qafarov Azərbaycan ilə Vyetnam arasındakı əlaqələrə dair mətbuata açıqlama verib. O, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibəni şərh edərək iki ölkə arasındakı münasibətlərin zamanın sınağından çıxdığını bildirib. Deputat 1959-cu ildə Ho Şi Minin Bakıya, eləcə də 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfərlərinin dostluq əlaqələrinin təməlini qoyduğunu vurğulayıb. Açıqlamada bu münasibətlərin təsadüfi deyil, gələcəyə hesablanmış əməkdaşlığın nəticəsi olduğu qeyd edilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Kamaləddin Qafarov: Azərbaycan-Vyetnam əlaqələri gələcəyə hesablanmış münasibətlərin nəticəsidir
“Azərbaycan ilə Vyetnam arasında münasibətlərin özünəməxsus dəyəri ilk növbədə, zamanın sınağından çıxmış dostluğa, qarşılıqlı hörmətə və xalqlarımızın yaddaşında qorunan xoş xatirələrə söykənməsindədir."Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.Onun fikrincə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində məhz bu tarixi bağlılığın ardıcıl siyasi dialoq və yeni əməkdaşlıq imkanları ilə tamamlandığı aydın görünür. “Dövlət başçısının xatırlatdığı 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri və 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında dostluğun möhkəm təməlinin formalaşmasında mühüm mərhələlər olub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərinin geniş proqramı, ölkənin müxtəlif bölgələrini əhatə etməsi və əldə olunan razılaşmaların iqtisadi inkişafa verdiyi töhfə onun uzaqgörən siyasi düşüncəsinin miqyasını nümayiş etdirir. Bu faktlar göstərir ki, Azərbaycan-Vyetnam əlaqələri təsadüfi yaxınlaşmanın deyil, gələcəyə hesablanmış münasibətlərin nəticəsidir. Sonrakı illərdə də həmin siyasi irs qorunub saxlanılıb, dövlətlərarası təmaslar və qarşılıqlı səfərlər vasitəsilə əməkdaşlıq yeni məzmun qazanıb. Bu tarixi xəttin davamlılığı iki ölkənin siyasi münasibətlərinə xüsusi etibarlılıq verir və yeni təşəbbüslərin daha möhkəm əsas üzərində qurulmasına şərait yaradır.”Millət vəkili bildirib ki, müsahibədə diqqət çəkən əsas məqamlardan biri münasibətlərin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə bağlı səsləndirilən fikirlərdir: “2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və həmin səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi iki ölkənin gələcək əməkdaşlığına aydın siyasi istiqamət verib. Bu sənəd diplomatik münasibətlərin yüksək səviyyəsini təsdiqləməklə yanaşı, energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik sahələrində konkret təşəbbüslər üçün imkanlar açır. Prezident İl
Tam oxu Sabahinfo.az saytındaDərc vaxtına görə
