Jorje Jezuş: "Bir oyun görülən işi kölgədə qoymur"


Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Millətlər Liqasında Danimarkaya 1:4 hesabı ilə uduzduqları qarşılaşmadan sonra sosial şəbəkədə paylaşım edib.
Offsideplus.az xəbər verir ki, Jezuş komandasının nəticəsini belə şərh edib: "Hər zaman istədiyimiz nəticəni əldə edə bilmirik. Dünən ən yaxşı oyunumuzu göstərmədik, amma bir oyun görülən bütün işi kölgədə qoymur. Beş oyunda dörd qələbə qazanmışıq və hələ də qrupun lideriyik. Biz birlikdə qalib gəlir, birlikdə məğlub oluruq. İndi oyunu təhlil edib, səhvlərdən dərs çıxarmalı və qarşıya qoyulan məqsədlərə çatmaq üçün birliyimizi və qətiyyətimizi qoruyaraq işləməyə davam etməliyik".
