Jedson Fernandes qış transfer dönəmində "Trabzonspor" və "Beşiktaş"a keçməyəcək


Portuqaliyalı yarımmüdafiəçi Jedson Fernandesin agentliyi onun "Spartak"dan ayrılmaq istədiyinə dair yayılan xəbərləri təkzib edib.
Offsideplus.az xəbər verir ki, agentlikdən bildirilib ki, Jedson "Spartak"da hər şeydən razıdır və Türkiyəyə qayıtmaq niyyəti yoxdur. "O, qış transfer dönəmində nə "Trabzonspor"a, nə də "Beşiktaş"a keçəcək. Jedson "Spartak"da oynamaq istəyir", – deyə Gestifute agentliyindən qeyd olunub.
Xatırladaq ki, Fernandes 2025-ci ilin yayında "Beşiktaş"dan "Spartak"a 25 milyon avroya transfer olunub. Onun Moskva klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Cari mövsümdə o, Rusiya Premyer Liqasında 12 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
1 mənbə
