İtirilmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı üçün yenisi alınmalıdır


Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda nəqliyyat vasitəsinin sahibi yenisinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu müraciəti nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan digər şəxs də edə bilər. Yeni dövlət qeydiyyat nişanının verilməsi qanunun 29-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada həyata keçirilir. İtirilmiş və ya oğurlanmış nişan sonradan tapılarsa, onun alınması ilk növbədə sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan şəxsə təklif edilir. Bununla həmin şəxsin əvvəlki dövlət qeydiyyat nişanını yenidən əldə etmək imkanı qorunur.
Yazı naviqasiyası
1 mənbə