İtaliyanın xarici işlər naziri Azərbaycana gəldi


İtaliyanın xarici işlər naziri Antonio Tajani Azərbaycana gəlib.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Səfər zamanı Tajaninin iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü və Azərbaycan-İtaliya Biznes Forumunda iştirakı nəzərdə tutulur.
Forumda hər iki ölkədən 240-dan çox şirkət və biznes assosiasiyasının nümayəndəsi iştirak edəcək. Görüşlərdə iqtisadiyyat, enerji, rəqəmsal texnologiyalar, alternativ enerji və kritik xammal sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Kritik xammal sektorunda üçüncü ölkələrdə birgə fəaliyyətə dair niyyət bəyannaməsinin imzalanması gözlənilir.
Dərc vaxtına görə
Publika.azoxuduğunuz
İtaliyanın xarici işlər naziri Azərbaycana gəldi

Report+1 mənbə