Xaçmazda iki avtomobil toqquşub, bir ailənin yeddi üzvü xəsarət alıb


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaçmaz rayonu ərazisində yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz-Quba avtomobil yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "QAZ-3110" və "VAZ-21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ-21099"un sürücüsü və altı sərnişini xəsarət alıb.
Xəsarət alanların Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri – ata, ana və onların dörd azyaşlı qız övladı olduğu bildirilir. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir, faktla bağlı araşdırma aparılır.
Dərc vaxtına görə