Xaçmazda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb


Xaçmazda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb.
Hadisə Xaçmaz-Quba avtomobil yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "QAZ-3110" və "VAZ-21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ-21099"un sürücüsü və altı sərnişini xəsarət alıb.
Xəsarət alanların Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri – ata, ana və onların dörd azyaşlı qız övladı olduğu bildirilir. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)
Dərc vaxtına görə
Demokrat.azoxuduğunuz
Xaçmazda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb