İtaliyada “Revolut”un yerli bölməsi bir il müddətinə məhkəmə nəzarətinə götürülüb


Dünya
0 0
Dünən 11:26
İtaliyanın Milan şəhərindəki məhkəmə mafiya qruplaşmalarının çirkli pulların yuyulması əməliyyatlarına şərait yaradılması ilə bağlı pozuntular səbəbindən “Revolut” rəqəmsal bankının ölkədəki bölməsinə bir il müddətinə iki məhkəmə inzibatçısı təyin edib.
Prokurorluğun ehtimalına görə, mafiya və digər cinayətkar qruplaşmaların bank vasitəsilə həyata keçirdiyi əməliyyatların həcmi 76,5 milyon avroya çatıb.
Bundan əlavə, kriptovalyuta əməliyyatları sahəsində bir milyondan çox mümkün pozuntu aşkarlanıb.
1 mənbə
