İtaliyada 13 yaşdan kiçik uşaqlara sosial mediadan istifadə qadağan edilir


Ana səhifə
Dünya
19 noyabr 2026, 12:37
İtaliyada 13 yaşdan kiçik uşaqların sosial media platformalarında qeydiyyatdan keçməsini qadağan edən qanun layihəsi hazırlanır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi partiyaın təklifinə əsasən, 13-16 yaşlı yeniyetmələr sosial media hesablarını valideynlərinin profillərinə bağlamalı olacaqlar. 16 yaşdan yuxarı şəxslərə isə müstəqil hesab yaratmağa icazə veriləcək.
Təhsil naziri Cüzeppe Valditara da təşəbbüsü dəstəklədiyini bildirib. Layihənin ayın sonunadək parlamentdə səsverməyə çıxarılması gözlənilir.
Qeyd edək ki, sosial media platformalarının uşaqların psixi sağlamlığına təsiri ilə bağlı narahatlıqlar fonunda bir sıra ölkələrdə oxşar məhdudiyyətlər müzakirə olunur. Türkiyədə isə 15 yaşdan kiçik uşaqlar üçün sosial media qadağası noyabrın 1-dən qüvvəyə minib.
Şəbnəm Mehdizadə
Dərc vaxtına görə
