Azərbaycan ilə İtaliya arasında minətəmizləmə və hərbi sahədə əməkdaşlıq müzakirə olunub


3 mənbə əsasında
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani ilə birgə brifinq keçirib. Görüşdə İtaliyanın mina təmizlənməsi sahəsində Azərbaycana dəstək göstərdiyi və ANAMA ilə əməkdaşlıq etdiyi vurğulanıb. Həmçinin tərəflər hərbi-texniki əməkdaşlıq layihələrini, ADEX sərgisinin imkanlarını və təhsil sahəsində akademik mübadilə proqramlarını nəzərdən keçiriblər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İtaliya mina təmizlənməsi sahəsində Azərbaycana dəstək göstərir - Ceyhun Bayramov
ADEX sərgisi Azərbaycan və İtaliya arasında hərbi sahədə əməkdaşlığın inkişafı baxımından yeni imkanlar yaradır. Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə birgə mətbuat konfransında deyib. Nazir ADEX-in Azərbaycanın ənənəvi hərbi sərgisi olduğunu xatırladaraq, bu istiqamətdə əməkdaşlığın genişlənməsini yüksək qiymətləndirdiklərini bildirib. C.Bayramov İtaliyanın mina təmizlənməsi sahəsində Azərbaycana dəstək göstərdiyini vurğulayıb. O, bu istiqamətdə İtaliya və Azərbaycan qurumları ilə ANAMA arasında əməkdaşlığın mövcud olduğunu qeyd edərək, İtaliya tərəfinə təşəkkürünü ifadə edib. Zeynəb Rzayeva
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
İtaliya mina təmizlənməsi sahəsində Azərbaycana dəstək göstərir - Ceyhun Bayramov
