İstirahət kabusa çevrildi – Gəmidə naməlum xəstəlik yayıldı


“Caribbean Princess” kruiz gəmisində 100-dən çox sərnişin və heyət üzvü naməlum mədə-bağırsaq xəstəliyinə yoluxub.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “The New York Post” qəzeti noyabrın 20-də məlumat yayıb.
Nəşrin “Princess Cruises” şirkətinin nümayəndəsinə istinadən yaydığı məlumata görə, xəstəliyə 2936 sərnişindən 134-ü, eləcə də 1132 heyət üzvündən 14-ü yoluxub. Əsas simptomlar qusma və ishaldır.
Şirkət nümayəndəsi bildirib ki, sərnişinlərin əksəriyyətində hazırda simptomlar müşahidə olunmur və vəziyyət yaxından izlənilir.
Məlumata görə, xəstəliyin yayılması gəminin noyabrın 11-də ABŞ-ın Fort-Loderdeyl şəhərindən yola düşməsindən dörd gün sonra qeydə alınıb. Yoluxmanın səbəbi hələ müəyyən edilməyib. Bununla belə, gəmi operatoru vəziyyəti “yüngül” kimi qiymətləndirib.
Hazırda gəmi planlaşdırılmış marşrut üzrə hərəkətini davam etdirir. 12 gecəlik kruiz çərçivəsində Kolumbiyaya səfər və Panama kanalından keçid nəzərdə tutulub. Gəminin noyabrın 23-də ABŞ-a qayıtması gözlənilir.