Paşinyan : “Sülh yolunda əsas maneə onlardır”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə sülh prosesinin qarşısında duran əsas siyasi maneənin parlament müxalifəti olduğunu iddia edib.
Army.az xəbər verir ki, hökumət başçısı bu barədə çıxışı zamanı danışıb.
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh prosesinin yekun mərhələsinə doğru irəliləyiş olduğunu bildirib. O, razılaşmanın tamamlanmasına mane olan qüvvələrin parlamentdəki müxalifət nümayəndələri olduğunu vurğulayıb.
Baş nazir əhalinin dəstəyi ilə bu siyasi maneənin aradan qaldırılacağına əminliyini ifadə edib:
“Əminəm ki, Ermənistan xalqı bu maneəni dəf etməyi bacaracaq”.
Sizə maraqlı ola bilər
ABŞ Senatında yeni təyinat: Qrehemin yerinə kim gəldi?
Ərdoğan: İsrail buranı “yeni Qəzza”ya çevirmək istəyir
Qazaxıstanda yeni dövr başladı: Konstitusiya qüvvəyə mindi
Türkiyə: “Netanyahuda Şaraadakı xoşməramlılığı görmürük”
Post Views: 8
AzərbaycanErmənistansülh