İsrail Qəzza, Livan və Suriyada işğalı genişləndirməklə hədələyib


İsrailin müdafiə naziri İsrael Kats Qəzza, Livan və Suriyada işğalın genişləndirilə və daimi xarakter ala biləcəyini bildirib.
Kats İsrail ordusunun bu ərazilərdə işğal etdiyi mövqelərdən geri çəkilməyəcəyini, mümkün qarşıdurmalar zamanı yeni əraziləri ələ keçirməyə hazır olduğunu bəyan edib.
O bildirib ki, HƏMAS-ın məhv edilməsi, Qəzzanın silahsızlaşdırılması, Livanda “Hizbullah”ın tərksilah edilməsi və Suriyadan gələn təhdidlərin aradan qaldırılmasına qədər İsrail ordusu bölgədə qalacaq.
Nazir işğal altındakı ərazilərin İsrailin şimal və cənubunda daimi təhlükəsizlik zonalarına çevriləcəyini vurğulayıb.
