İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinli fotojurnalisti döyərək yaralayıb


İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilinin Əriha şəhərində fəaliyyət göstərən Fələstinin WAFA xəbər agentliyinin fotojurnalisti Süleyman Əbu Sururu döyərək yaralayıb.
WAFA-nın məlumatına görə, hadisə jurnalistin Ərihanın qərbindəki əl-Duyuk əl-Tahta qəsəbəsində baş verənləri işıqlandırdığı zaman qeydə alınıb.
Hərbçilərin döyməsi nəticəsində jurnalistin bədənində sınıqlar və əzilmələr yaranıb. O, tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Bundan başqa, jurnalist altı saat saxlanılıb, şəxsi telefonu əlindən alındıqdan sonra sərbəst buraxılıb.
1 mənbə
