İspaniya FF prezidenti: “2030-cu il dünya çempionatının finalı İspaniyada keçirilməlidir”


İspaniya Kral Futbol Federasiyasının prezidenti Rafael Lusan 2030 Dünya Çempionatının final oyununun İspaniyada keçirilməsini istəməyənlərə qarşı yenidən sərt səslə çıxış edib.
Offsideplus.az xəbər verir ki, FİFA nümayəndələrinin "Santyaqo Bernabeu" stadionunda inspeksiya aparmasından sonra Federasiya ilə keçirilən görüşdə Lusan qəti mövqeyini açıqlayıb:
“Dünya Çempionatının finalı İspaniyada olmalıdır.”
Qeyd edək ki, çempionata İspaniya, Portuqaliya və Mərakeşin birgə ev sahibliyi edəcək olmasına baxmayaraq, finalın məkanı hələ də beynəlxalq müzakirə mövzusudur.
FİFA rəsmilərinin "Real Madrid"in ev stadionunda apardığı texniki yoxlamalardan sonra tərəflər arasındakı müzakirələr intensivləşib.