İşəgötürənlər işçilərə qarşı tələbləri SƏRTLƏŞDİRİR


Əmək bazarında sərt idarəetmə dövrü başlayır, işəgötürənlər güzəştləri azaldır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Əmək bazarında işəgötürənlərin əməkdaşlara münasibəti dəyişir.
Bir neçə il əvvəl şirkətlər işçiləri cəlb etmək üçün güzəştlər və çevik iş qrafiki təklif edirdisə, indi onları yenidən ofislərə qaytarır, iş məhsuldarlığına dair tələbləri sərtləşdirir və bonusları nəticələrə bağlayırlar.
Bu dəyişikliklər iqtisadi böhran və süni intellekt texnologiyalarının geniş tətbiqi fonunda baş verir.
İşəgötürənlər getdikcə daha çox əməkdaşları işdən çıxararaq onları süni intellekt sistemləri ilə əvəz etməyə hazırdırlar.
Xuraman Etibarlı
İnterpress.az