İsa Qəmbərə STOP qoyuldu – aeroportda nə baş verib?

Müsavat Partiyasının başqanı İsa Qəmbərin ölkədən çıxışına qadağa qoyulub.
Xəbər verilir ki, bu haqda o, özü bildirib:
“Bu gün – 21 noyabrda Berlində önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər. Konfransa uğurlar arzulayıram. Konfrans təşkilatçılarına və iştirakçılarına salamlar olsun!”.
Xatırladaq ki, bu ilin mart ayında Müsavat Məclisinin sədri Arif Hacılının da ölkədən çıxışı əngəllənmişdi. O, Avstriyada keçirilən beynəlxalq tədbirə dəvətli olsa da hava limanının sərhəd-buraxılış məntəqəsində ölkədən çıxışına icazə verilməmişdi./globalinfo
Dərc vaxtına görə