“Çox istərdim, mən də ağdamlı olum” - Prezidentin nümayəndəsi


“Hamı bilir ki, mən ağdamlı deyiləm. Amma bir şey deyim sizə, ağdamlılar qədər xoşbəxt ikinci icma tanımıram”.
Xitab24.az-ın məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam Şəhər Günü ilə bağlı keçirilən tədbirdə deyib.
“Çox istərdim, mən də ağdamlı olum. Xahiş edirəm, məni də ağdamlı kimi qəbul edin. Çünki bu torpaq bir başqadır. Bu torpağın hər qarışı şəhid qanı ilə yuyulub” - Prezidentin nümayəndəsi əlavə edib.