Azərbaycanda sağlamlıq imkanları məhdud şagirdlərin sayı azalıb


Ötən tədris ilində Azərbaycanın şəhər yerlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən xüsusi təhsil müəssisələrində 4 312 şagird təhsil alıb.
Bizim.Media xəbər verir ki, bu göstərici 2024/2025-ci tədris ili ilə müqayisədə 1 122 nəfər azdır. Belə ki, əvvəlki tədris ilində həmin müəssisələrdə 5 434 şagird təhsil alıb.
Son 15 ildə xüsusi təhsil müəssisələrində təhsil alanların sayında ilbəil azalma müşahidə olunur. 2010/2011-ci tədris ilində bu müəssisələrdə 6 795, 2015/2016-cı ildə 6 275, 2020/2021-ci ildə isə 6 614 şagird olub.
2025/2026-cı tədris ilində şəhər yerlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrinin sayı isə 16 olub.
Fəridə, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
