İrandan qanunsuz gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb


13 mənbə əsasında
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanları paytaxtdakı aptekdə qanunsuz satan şəxslər saxlanılıb. Xətai rayonundakı "Vidal" aptekin sahibi Xalid Mustafayev və digər altı nəfər narkotik tərkibli preparatların qanunsuz dövriyyəsində şübhəli bilinərək polis tərəfindən tutulub. Baxış zamanı həmin şəxslərdən "Pregabalin" adlı güclü təsiredici həblər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək "Vidal" aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus "Vidal" aptekdə güclü təsir edən dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satdığı müəyyən olunub. Baxış zamanı aptekdən İranda istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik tərkibli güclü təsiredici "Diazepam" və "Pregabalin" (lirika) həbləri aşkarlanaraq götürülüb. Araşdırma zamanı X.Mustafayevin narkotik tərkibli həblərin qanunsuz dövriyyəsini birlikdə təşkil etdiyi şəxslərin dairəsi də müəyyənləşdirilib. Davam etdirilən əməliyyatlarla həmin şəxslər - 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov da polis tərəfindən saxlanılıblar. Baxış zamanı bu şəxslərdən də güclü təsiredici "Pregabalin" həbləri aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, T.Əliyev narkotik asılılığı olan O.Kəngərli və hazırda şəxsiyyətləri istintaqla araşdırılan digərlərini tanışı X.Mustafayevlə əlaqələndirib. Bu şəxslər isə öz növbəsində müxtəlif vaxtlarda həmin aptekdən xüsusi resept əsasında satılması nəzərdə tutulan "Pregabalin" və digər adlarda olan psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər. Bəzi hallarda isə narkotik tərkibli həblərin ödənişi T.Əliyevin bank kartına köçürülərək bu yolla X.Mustafayevə çatdırılıb. İstintaq zamanı müəyyən edilib ki, O.Kəngərli əldə etdiyi güclü təsiredici həblərdən şəxsi istifadəsi ilə yanaşı, müxtəlif vaxtlarda tanışı E.Aslanlıya və P.İsmayılova da satıb. Bu məqsədlə O.Kəngərli satdığı narkotiklərin gizlədildiyi yerin ünvanını qohumu M.Həsənov
Tam oxu Djb.az saytındaDərc vaxtına görə

Minatv.az+1 mənbə