İran ordusunda həyəcan siqnalı – ABŞ qüvvələri İran ətrafında


İran ordusunun baş komandanı Əmir Hatəmi ABŞ-nin regionda hərbi hazırlıq gördüyünü açıqlayıb.
Musavat.com xəbər verir ki, Əmir Hatəmi ölkəsinə yenidən hücum ediləcəyi təqdirdə İranın əvvəlkindən daha sərt cavab verəcəyini bildirib.
ABŞ isə “Teodor Ruzvelt” aviadaşıyıcısının regiona çatdığını təsdiqləyib. Bununla da bölgədəki Amerika aviadaşıyıcılarının sayı üçə yüksəlib.
Digər tərəfdən, ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin Konqresdə çıxışı zamanı bildirib ki, 2026-cı ilin əvvəlində münaqişə başlayandan bəri İran dövlətinə bağlı kiberqruplar və iranpərəst kibercinayətkarlar Amerikanın mühüm infrastruktur şəbəkələrinə hücumlar həyata keçiriblər.
Nazirin sözlərinə görə, ABŞ-nin nəqliyyat, səhiyyə, su təchizatı, energetika və maliyyə xidmətləri sektorları getdikcə daha çox bu qrupların hədəfinə çevrilir.
Musavat.com