İran və ABŞ arasında Hörmüz boğazının açılması məsələsi müzakirə olunur


6 mənbə əsasında
İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının açılması məsələsinin müzakirəsi üçün şərtlər irəli sürüb. Bəzi mənbələr İranın iki şərt irəli sürdüyünü, ABŞ ilə ekspertlər səviyyəsində danışıqlara hazır olduğunu bildirir. Digər mənbələrdə isə nazirin yeddi şərt tələb etdiyi qeyd olunur və əvvəlki memorandumların pozulduğu vurğulanır. Eyni zamanda, İran rəsmisi zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmayacağını və yeni razılaşmanın müharibənin təkrarlanmayacağına təminat verməli olduğunu bildirib. ABŞ Prezidenti Donald Tramp isə İranın razılaşma şərtlərini qəbul etməyə hazır olmadığını qeyd edib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İran Hörmüzün açılması üçün 7 şərt irəli sürüb
İran Hörmüz boğazının açılması üçün irəli sürdüyü yeddi şərtin yerinə yetirilməsini tələb edir. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. Nazir açıqlamasında şərtlərin nədən ibarət olduğunu açıqlamayıb. Əraqçinin sözlərinə görə, uzun danışıqlardan sonra İslamabadda əldə olunan və hər iki ölkənin dövlət başçısının imzaladığı memorandum artıq müzakirə mövzusu deyil və praktiki əhəmiyyətini itirib. O iddia edib ki, ABŞ sənədin mühüm bəndlərindən birini pozduqdan sonra vəziyyət yenidən gərginləşib. Bir müddət sonra isə hər iki tərəf memorandum əsasında danışıqları davam etdirməyə marağını itirib. Nazir ikigünlük planın hələ də müzakirə olunduğunu deyib. Onun fikrincə, Vaşinqton məsələyə ciddi yanaşarsa, plan yeni razılaşmanın əldə olunmasına zəmin yarada bilər. Əraqçi müəyyən səviyyəyədək zənginləşdirilmiş nüvə materiallarının İrandan çıxarılmayacağını və bu ehtiyatların ölkənin ehtiyaclarına uyğun istifadə ediləcəyini də bildirib. Nazir vurğulayıb ki, «nə müharibə, nə sülh» vəziyyətindən çıxmaq üçün yeni razılaşma müharibənin yenidən başlamayacağına təminat verməlidir. Onun sözlərinə görə, əvvəlki razılaşmadan cəmi 15 gün sonra müharibə yenidən başlayıb. «Bu gün razılaşma əldə etməyin nə mənası var, əgər iki ay sonra o pozulacaq və müharibə yenidən başlayacaqsa?» – deyə Əraqçi bildirib. O əlavə edib ki, İran yalnız mövcud vəziyyətdən çıxmaq naminə razılaşmaya getməməli, məsələnin bütün mürəkkəbliyini nəzərə almalıdır.
Tam oxu Avrasiya İA saytındaDərc vaxtına görə
