İran həmin hücumunu 8 ay sonra təsdiqlədi


19 Noyabr, 2026 - 19:391
Hind okeanındakı Britaniya hərbi bazasına edilən hücumdan səkkiz ay sonra, İran bu hadisədə iştirakını faktiki olaraq təsdiqləyib.
KONKRET.az xəbər verir ki, İranın SNN xəbər agentliyinin məlumatına görə, açıqlamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəsmi nümayəndəsi general Məhəmməd Möhebbi bildirib.
“Biz artıq Dieqo Qarsiya adası yaxınlığında 4500 kilometr mənzilli raket imkanlarımızı nümayiş etdirmişik”, – deyə o bildirib.
İranın Hind okeanındakı Britaniya bazasına hücumu barədə xəbərlər ilk dəfə mart ayında ortaya çıxmışdı, lakin Tehran əvvəllər bunu təsdiqləməmişdi.
Dərc vaxtına görə
Konkret.azoxuduğunuz
İran həmin hücumunu 8 ay sonra təsdiqlədi
