İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənubunda, Keşm adası yaxınlığında ABŞ-yə məxsus MQ-1 tipli kəşfiyyat-zərbə PUA-sını vurduğunu açıqlayıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
SEPAH-ın məlumatına görə, bu, İran qüvvələri tərəfindən vurulan 18-ci ABŞ pilotsuz uçuş aparatıdır.
Bildirilib ki, PUA noyabrın 17-də yerli vaxtla saat 13:45-də yeni və müasir hava hücumundan müdafiə sistemi vasitəsilə aşkar edilərək məhv edilib.
Bununla yanaşı, “Pars Today” teleqram kanalı ABŞ-nin Keşm adasına hücumu nəticəsində azı altı zərbənin qeydə alındığını bildirib.
Dərc vaxtına görə
