İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə bir ayda 53 minə yaxın müraciət daxil olub


2026-cı ilin oktyabr ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə 52 872 müraciət daxil olub.
Gunxeber.Az xəbər verir ki, müraciətlərdən 43 325-i canlı rejimdə qəbul edilib, qalan müraciətlər isə səsli menyu xidməti vasitəsilə qeydə alınıb.
Vətəndaşların müraciətləri əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicilərinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatı və dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olub.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və digər fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı da müraciətlər daxil olub.
Müraciətlərin böyük hissəsi Çağrı Mərkəzi tərəfindən cavablandırılıb. Əlavə araşdırma tələb edən məsələlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin aidiyyəti strukturlarına yönləndirilib.
195-1 Çağrı Mərkəzi vətəndaşların İqtisadiyyat Nazirliyinə və onun qurumlarına müraciət imkanlarını asanlaşdırmaq məqsədilə fəaliyyət göstərir. Ölkənin istənilən regionundan stasionar telefon vasitəsilə mərkəzə birbaşa zəng etmək mümkündür və xidmət ödənişsizdir.
Çağrı Mərkəzi qanunvericiliklə müəyyən edilmiş rəsmi iş günlərində canlı rejimdə saat 09:00-dan 18:00-dək fasiləsiz xidmət göstərir.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
15:55
15:36
21:15
12:35
19:42
16:16
Dərc vaxtına görə