İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub


Ana SəhifəPOSTERİqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
POSTER18.11.2026 15:45
123
Fins.az – 2026-cı ilin oktyabr ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 52 872 müraciət daxil olub.
Müraciətlərin 43 325-i canlı rejimdə qəbul edilib, qalan hissəsi isə səsli menyu xidməti vasitəsilə qeydə alınıb.
Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicilərinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması və dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olub.
Bundan başqa, vətəndaşlar İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə aid digər məsələlərlə bağlı da müraciət ediblər.
Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb. Araşdırma tələb edən müraciətlər üzrə isə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefon vasitəsilə birbaşa zəng etmək mümkündür. Xidmətlər ödənişsizdir.
Çağrı Mərkəzi qanunvericiliklə müəyyən edilmiş rəsmi iş günlərində saat 09:00-dan 18:00-dək canlı rejimdə fəaliyyət göstərir.
MüəllifHəmayil
Yüklənir...
Dərc vaxtına görə