İqtisadiyyat Nazirliyi “CYBERNET”-ə 5 milyonluq tender verdi

İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi tərəfindən Dövlət Vergi Xidmətinin istifadəsində olan AVİS 2 sistemində VÖEN modulunun yaradılması ilə bağlı keçirilən satınalmaya yekun vurulub.
Tiraj.az xəbər verir ki, tenderin qalibi “CYBERNET” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilib.
Satınalma üzrə müqavilənin ümumi məbləği 5 milyon 59 min 580 manat 40 qəpik təşkil edir.
2004-cü il noyabrın 5-də dövlət qeydiyyatına alınan “CYBERNET” MMC-nin nizamnamə kapitalı 10 min manat təşkil edir.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 11-dir.
“CYBERNET” MMC-nin qanuni təmsilçisi Sərxan Həşimov Qasım oğludur.
Arif
