İordaniyada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər yaralınıb - YENİLƏNİB


İordaniyada hərbi təlim zamanı “Black Hawk” helikopterinin qəzaya uğraması nəticəsində 5 hərbçi yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələri məlumat yayıb.
Məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digər dördünün vəziyyəti isə yüngüldür.
***
13:07
İordaniyada keçirilən hərbi təlim zamanı "Black Hawk" tipli hərbi helikopter qəzaya uğrayıb.
Operativ Media xəbər verir ki, bu barədə krallığın Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.
Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib.
Komandanlığın açıqlamasına görə, qəza yerinə mütəxəssislər cəlb olunub.
Dərc vaxtına görə
