Xəzərin sahilboyu ərazilərinin idarə edilməsi və əlçatanlığı müzakirə olunub


4 mənbə əsasında
Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmisi İlqar Həbiyev Xəzər dənizinin sahilboyu ərazilərinin idarə olunması ilə bağlı açıqlama verib. O bildirib ki, bu sahədə yeni idarəetmə mexanizmlərinin tətbiqi ətraf mühitin mühafizəsi, iqtisadi inkişaf və sosial ehtiyacların ödənilməsinə xidmət edəcək. Vətəndaşların istirahət məkanları və çimərliklərdən səmərəli yararlanması üçün əlçatanlığın təmin edilməsi əsas vəzifələrdəndir. Gələcəkdə elektron xəritələr əsasında vahid informasiya bazasının yaradılması və qurumlararası əlaqələndirmənin gücləndirilməsi nəzərdə tutulur.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İlqar Həbiyev: Xəzərin sahilində istirahət məkanlarının əhali üçün əlçatan təşkili qarşıda duran əsas vəzifələrdəndir
Bakı, 19 noyabr, AZƏRTAC Xəzər dənizinin sahilboyu ərazilərinin idarə olunması ətraf mühitin mühafizəsi, iqtisadi inkişaf və sosial ehtiyacların təmin edilməsi kimi üç mühüm istiqaməti özündə birləşdirir. Bu sahədə yeni idarəetmə mexanizmlərinin tətbiqi ərazilərdən səmərəli istifadəyə, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə və şəffaflığın artırılmasına xidmət edəcək.AZƏRTAC xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib. O əlavə edib ki, Xəzərin sahilboyu əraziləri yalnız ekoloji və iqtisadi baxımdan deyil, həm də vətəndaşların istirahət və rekreasiya ehtiyaclarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.“Çimərliklərin, istirahət məkanlarının və müvafiq xidmət infrastrukturunun əhali üçün əlçatan və əlverişli şəkildə təşkili qarşıda duran əsas vəzifələrdəndir. Gələcəkdə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində bu sahədə idarəetmə mexanizmlərinin və qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur. Yeni yanaşmanın əsas məqsədlərindən biri sahilboyu ərazilərdə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirməni gücləndirmək, idarəetmə proseslərini daha şəffaf və rəqəmsal formata keçirməkdir. Bu məqsədlə ərazilərin elektron xəritələr əsasında vahid informasiya bazasının yaradılması planlaşdırılır. Həmin sistem vasitəsilə idarəetmə, sosial və biznes prosesləri, eləcə də ekoloji mühafizə tədbirləri əlaqələndiriləcək. Fərmanda nəzərdə tutulan müddəalar kompleks xarakter daşıyır və sahilboyu ərazilərin xüsusi status əsasında idarə olunmasını nəzərdə tutur. Bu ərazilərdə fəaliyyətlərin zonalaşdırma prinsipi əsasında təşkili vacib məsələlərdəndir. Çünki sahilin bütün hissələrinin çimərlik və istirahət zonası kimi istifadəsi ekoloji, sanitariya və digər tələblər baxımından məqsədəuyğun deyil”, - deyə şöbə müdiri vurğulayıb.İ.Həbiyevin sözlərinə görə, zonalaşdırma zamanı ərazilərin xüsusiyyətləri qiymətləndiriləcək,
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
