Azərbaycan və Vyetnam prezidentləri arasında Birgə Bəyanat qəbul olunub


74 mənbə əsasında
Noyabrın 21-də Hanoy şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam görüş keçiriblər. Görüş zamanı dövlət başçıları tərəfindən Birgə Bəyanat qəbul edilib. Tədbir çərçivəsində iki ölkə arasında əməkdaşlığı nəzərdə tutan müxtəlif sahələrə aid sənədlərin mübadilə mərasimi baş tutub. İmzalanan sənədlər sırasına fövqəladə hallar, administrasiyalararası əlaqələr və bərpa olunan enerji layihələri daxildir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul ediblər. Sonra Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Prezidenti To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub. "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq mübadilə etdilər. "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam Sosialist Respublikası Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Vyetnam Sosialist Respublikası Prezidenti Ofisinin rəhbərinin müavini Nguyen Hoanq Anh mübadilə etdilər. "Azərbaycan Respublikasında Günəş elektrik stansiyası layihəsinin və külək elektrik stansiyası layihəsinin qiymətləndirilməsinə, inkişafına və həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "ROX Group" arasında İcra Müqaviləsi"ni Azərbaycanın energetika naziri Pərviz Şahbazov və "ROX Group"un təsisçisi və sədri Tran Anh Tuan mübadilə etdilər.
Tam oxu Mediabiz saytındaDərc vaxtına görə
Mediabizoxuduğunuz
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Minatv.az+1 mənbə