İki uşağının anasını amansızcasına öldürən azərbaycanlı kişiyə ömürlük həbs TƏLƏBİ


20 yaşlı azərbaycanlı qadını 146 dəfə qayçı ilə vuraraq öldürdü – Prokuror ağır cəza tələb etdi
Expressxeberler.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində dini nikahla yaşadığı, iki övladının anası olan 20 yaşlı Arzu Xəlilovanı 146 dəfə qayçı ilə vuraraq öldürməkdə təqsirləndirilən 28 yaşlı Azərbaycan əsilli Salican Mehmetin məhkəmə prosesi davam edir.
Məhkəmədə prokuror təqsirləndirilən şəxsin ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib.
Hadisə 2025-ci il noyabrın 3-də Bursanın Yıldırım rayonunda baş verib. İstintaq materiallarına görə, Salican Mehmetlə Arzu Xəlilova arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadına qayçı ilə çoxsaylı zərbələr endirib.
Təqsirləndirilən şəxs ifadəsində hadisənin uşağa baxmaqla bağlı mübahisədən sonra baş verdiyini bildirib. Onun sözlərinə görə, əsəbiləşərək uşaq otağından qayçı götürüb və qonaq otağına qayıdaraq qadına hücum edib.
Ağır yaralanan Arzu Xəlilova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qadının bədənində 146 qayçı yarası aşkarlanıb. Onlardan 72-nin ayrı-ayrılıqda ölümə səbəb ola biləcək dərəcədə ağır olduğu müəyyən edilib.
Araşdırmalar zamanı Salican Mehmetin əvvəllər qəsdən xəsarət yetirmə, narkotik vasitə saxlama və odlu silahlarla bağlı qanunvericiliyin pozulması kimi əməllərə görə səkkiz cinayət qeydinin olduğu da üzə çıxıb.
Bundan başqa, onun barəsində Arzu Xəlilova ilə bağlı yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə ittihamı üzrə də hüquqi tədbir görüldüyü bildirilib.
Təqsirləndirilən şəxs psixoloji problemlərinin olduğunu və hadisədən əvvəl 21 gün psixiatriya xəstəxanasında müalicə aldığını iddia edib. Lakin İstanbul Məhkəmə-Tibb Qurumunun ekspertiza rəyində onun psixi sağlamlığının yerində olduğu qeyd edilib.
Bursa 19-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda prokuror cinayətin xüsusi amansızlıqla törədildiyini bildirərək ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib.
Salican Mehmet isə peşman olduğunu və hadisə zamanı özünü idarə edə bilmədiyini söyləyərək azadlığa buraxılmasını xahiş edib.
Onun vəkili ekspertiza rəyinə etiraz edərək təkrar müayinə keçirilməsini və müdafiə üçün əlavə vaxt verilməsini tələb edib.
Məhkəmə vəkilin vəsatətini təmin edərək prosesi təxirə salıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Türkiyə #Cinayət #Hadisə
Kateqoriya: Hadisə
Dərc vaxtına görə
Expressxeberler.azoxuduğunuz
İki uşağının anasını amansızcasına öldürən azərbaycanlı kişiyə ömürlük həbs TƏLƏBİ
