İcra başçısının müavini nazirin qəbuluna niyə gedib? - Maraqlı xəbərə sözardı... + FOTO (YENİLƏNİB)


CƏMİYYƏT
Bugün, 15:13
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova haqqında yayılan xəbərlərlə bağlı sosial şəbəkə hesabında geniş açıqlama verib.
Gülxanım Orucova açıqlamasında hazırda vəzifəsini davam etdirdiyini bildirib, elm və təhsil naziri Emin Əmrullayevin vətəndaş qəbulunda iştirakına aydınlıq gətirib, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin keçmiş aparat rəhbəri Rəşad Əlizadənin adını çəkib.
Gülxanım Orucovanın açıqlamasından ixtisarla:
“İlk növbədə bildirmək istəyirəm ki, hazırda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində fəaliyyətimi davam etdirirəm.
22 aprel 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətində başçının səlahiyyətlərini icra edən cənab Əhməd Vəliyevin imzaladığı sərəncam əsasında bu vəzifəyə təyin olunmuşam.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2025-ci il tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının strukturu yenidən formalaşdırılıb. Bu dəyişikliklər əsasında 21 yanvar 2026-cı il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Cabbar Musayevin sərəncamı ilə yenidən eyni vəzifəyə təyin olunmuşam. Artıq 2 ildə dövlətimiz tərəfindən mənə 2-ci dəfə etimad göstərilib.
Lakin təəssüf ki, bir ildən artıqdır sosial şəbəkələrdə haqqımda həqiqəti əks etdirməyən, şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələməyə yönəlmiş məqsədli qarayaxma kampaniyası aparılır. Hətta bu kampaniya çərçivəsində ailə üzvlərim haqqında belə ağlasığmaz iddialar səsləndirilir.
İndiyədək bu cür paylaşımlara əhəmiyyət verməmişəm. Çünki öz biliyimə, bacarığıma, əxlaqıma və dövlətə olan sədaqətimə əminəm. Hesab edirəm ki, kiminsə haqqında ciddi iddiaları olan şəxsin yeri saxta profillərin arxası deyil, əlindəki konkret faktlarla aidiyyəti dövlət orqanlarına müraciət etməkdir.
Bəli, mənim ixtisasım ibtidai təhsilin pedaqogikası və metodikasıdır. Bununla fəxr edirəm! İxtisasımı, müəllimlik fəaliyyətimi və təhsil sahəsində qazandığım bilikləri heç vaxt kiçiltməmişəm. Təəssüf ki, bəzilərinin yanaşmasından belə qənaətə gəlmək olur ki, onlar üçün insanın biliyindən, bacarığından və əməyindən daha çox diplomunun adı və vəzifəsinin təqdim etdiyi imkanlar əhəmiyyətlidir. Halbuki onlar bilməlidir ki, pullar töküb oxuduqları 2-ci təhsil yolu ilə yiyələndikləri Hüquqşünaslıq və ya İqtisadiyyat ixtisaslarına elə mən öz ixtisasıma qəbul olduğum balla da qəbul ola bilirdim.
Həmin şəxslərə demək istədiyim bir söz var: Dövr artıq sizin işlədiyiniz dövr deyil!
Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi cənab Ceyhun Cəlilovun rəhbərliyi ilə kadrların əməyinin qiymətləndirilməsinə, bacarıqlı və peşəkar şəxslərin fəaliyyətinə imkan yaradılmasına xüsusi diqqət yetirildiyini görürük. İnanıram ki, dövlət maraqlarını şəxsi maraqlarından üstün tutan rəhbərlik kiminsə şəxsi qərəzindən, sosial şəbəkələrdə apardığı qarayaxma kampaniyasından çıxış edərək qərar verməz.
Gələk son günlər müzakirə olunan digər məsələyə.
16 noyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin Naxçıvan şəhərində keçirdiyi vətəndaş qəbulunda rəhbərliyimin məlumatı və razılığı ilə iştirak etmişəm. Bu müraciət tamamilə şəxsi məsələlərim, gələcək peşəkar planlarım ilə bağlı olub.
Bəli, həmin qəbulda sadə bir VƏTƏNDAŞ kimi iştirak etmişəm!
Çünki tutduğum vəzifə mənə dövlətə xidmət etmək üçün verilib. Şəxsi məsələlərimin həlli, gələcək planlarım və peşəkar inkişafımla bağlı müraciət etmək isə mənim də hər bir Azərbaycan vətəndaşı kimi hüququmdur. Dövlət qulluqçusu və ya məmur olmaq insanın vətəndaş hüquqlarını məhdudlaşdırmır.
Məsələnin bir tərəfi budur. Məni tanıyan insanları narahat edən digər tərəf isə bu qəbuldan sonra haqqımda yenidən başladılan qarayaxma kampaniyasıdır.
Qeyd etmək istəyirəm ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında rəhbər dəyişikliyindən sonra fəaliyyətində ciddi nöqsanlara yol verdiyi bildirilən və dövlət maraqları ilə bağlı məsələlərdə mövqeyi mübahisə doğuran bir sıra vəzifəli şəxslər tutduqları vəzifələrdən azad olunublar. Həmin şəxslərdən biri də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin keçmiş aparat rəhbəri Rəşad Əlizadə və ona yaxın olan insanlardır.
Artıq bir ildən çoxdur ki, sosial şəbəkələrdə haqqımda yayılan həqiqətə uyğun olmayan məlumatların arxasında müəyyən şəxslərin dayandığına əmin idim. Dünən yayımlanan xəbərlərdən sonra Rəşad Əlizadənin də əvvəllər istifadə etdiyi saxta profillərlə yanaşı, bu dəfə öz rəsmi hesabından da müzakirələrə qoşulduğunu gördüm.
Məsələni dəqiqləşdirmək məqsədilə onun şəxsi nömrəsinə mesaj yazaraq bu paylaşımların həqiqətən onun tərəfindən edilib-edilmədiyini soruşmuşam və yazışma vasitəsilə öz mövqeyimi aydın şəkildə ifadə etmişəm.
Təəssüf doğuran məqam odur ki, vaxtilə təhsil sistemində rəhbər vəzifələrdə çalışmış, bu gün isə mənim fəaliyyətimə kölgə salmağa çalışan bəzi şəxslər öz keçmiş fəaliyyətləri ilə bağlı suallara cavab vermək əvəzinə, bir qadının şəxsi həyatı, mənəvi dəyərləri və peşəkar nüfuzu ətrafında müzakirələr yaratmağa üstünlük verirlər.
Onlara demək istədiyim yalnız budur: Özünüzə yaraşdırdığınız münasibəti başqalarından da gözləyin!
Həmin dövrdə vəzifələrindən azad edilmiş bir neçə direktorla bu gün də çox yaxşı münasibətlərim var. Çünki hər bir insanı eyni meyarla qiymətləndirmək olmaz. Onlar dövrün qurbanına çevrilən, Rəşad Əlizadə kimi rəhbərlərin tələblərini yerinə yetirən şəxslər olublar. Mən heç vaxt kiminsə haqsızlığa məruz qalmasını arzulamamışam. Lakin dövlət vəzifəsindən şəxsi maraqlar naminə istifadə edilməsi, xüsusilə də uşaqların, valideynlərin və təhsil işçilərinin hüquqlarına toxunan hallarla bağlı iddialar, əlbəttə, vaxtı ilə ciddi araşdırılmışdır.
Bir daha bildirirəm ki, heç kimin şəxsi qərəzi, sosial şəbəkələrdəki fəaliyyəti və ya mənimlə bağlı yaratmağa çalışdığı ictimai rəy mənim dövlətə xidmət amalımı dəyişə bilməz.
Mənim üçün ən böyük dəyər insanların etimadı və vicdanımın rahatlığıdır.
Mən bu gün də dövlətimə sədaqətlə xidmət edirəm və bundan sonra da öz yoluma başıuca davam etmək niyyətindəyəm.”
***
Ötən gün elm və təhsil naziri Emin Əmrullayevin Naxçıvan şəhərində keçirdiyi vətəndaş qəbulu maraqlı məqamla yadda qalıb.
Mia.az ANZ.az-a istinadən xəbər verir ki, görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova da olub. G.Orucova qəbulda sadə vətəndaş qismində iştirak edib.
Mənbənin yazdığına görə, əvvəllər təhsil sahəsində çalışmış Gülxanım Orucova nazirə müraciəti zamanı yenidən bu sahədə fəaliyyət göstərmək istədiyini bildirib.
Gülxanım Orucovanın müraciətinə nazir tərəfindən hansı cavabın verildiyi hələ ki məlum deyil.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
Aparıcıya yeni vəzifə verildi Bugün, 15:54 PRESS
AKP-nin "ağır topu"ndan Ərdoğana xəbərdarlıq: "Sözün bitdiyi yerdəyik, partiyanı parçalayırlar" Bugün, 15:43 SİYASƏT
RUSİYAYA QARŞI YENİ HƏMLƏ - İngilislər Ukraynaya 1000-dən çox raket və 12-dən çox radar göndərir Bugün, 15:38 GÜNDƏM
Artıq ödənilmiş vergi... - Geri qaytarılma prosesi sadələşdirilib Bugün, 15:30 İQTİSADİYYAT
Dövlət qulluğu imtahanlarında dəyişiklik: Bu iki fənn ləğv edilir, yenisi əlavə olunur Bugün, 15:23 GÜNDƏM
“PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının qalibi danışdı Bugün, 15:15 İQTİSADİYYAT
İcra başçısının müavini nazirin qəbuluna niyə gedib? - Maraqlı xəbərə sözardı... + FOTO (YENİLƏNİB) Bugün, 15:13 CƏMİYYƏT
İlham Əliyev Latviya Prezidentini təbrik edib -MƏTN Bugün, 14:56 GÜNDƏM
Azərbaycan Prezidenti Omanın Sultanına məktub ünvanlayıb Bugün, 14:37 GÜNDƏM
Prezident İlham Əliyev Dövlət Komitəsinin yeni Əsasnaməsini təsdiqlədi - Sədr müavinlərinin sayı artdı Bugün, 14:28 GÜNDƏM
Traktor sürücüləri ilə bağlı yeni qaydalar təsdiqləndi Bugün, 14:23 CƏMİYYƏT
Qəbələdə qeyri-adi hadisə - Həmkəndlisinin qulağını dişləyərək qoparan şəxs tutuldu Bugün, 14:09 KRİMİNAL
Azərbaycan və Almaniya XİN başçıları mətbuat konfransında: "Bütün Cənubi Qafqaz Avropa üçün imkanlar regionudur" - Yeni mesajlar verildi (YENİLƏNİB) Bugün, 14:01 GÜNDƏM
SOCAR və BP-nin İsrailin qaz sektorundakı birgə fəaliyyəti haqqında - Açıqlama Bugün, 13:47 İQTİSADİYYAT
Bakıda gənc rəssamın ölümünün yeni təfərrüatı məlum olub Bugün, 13:36 KRİMİNAL
PUTİN və TRAMP ÇİNDƏ BELƏ QARŞILANDI - VİDEOLAR (Yenilənib) Bugün, 13:31 GÜNDƏM
"AY RƏHMƏTLİYİN OĞLU, SÖZÜMÜ NİYƏ QULAĞININ ARDINA VERİRSƏN?" - Deputat "Azərişıq" sədrini MM-də rüsvay elədi, "Ayə, niyə cavab vermirsən, canını hara qoyacaqsan" dedi (VİDEO, YENİLƏNİB) Bugün, 13:21 CƏMİYYƏT
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi - FOTOLAR Bugün, 13:07 SİYASƏT
Dövlət Məşğulluq Agentliyində iki mühüm postun müdirləri "vuruldu" Bugün, 13:01 CƏMİYYƏT
Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib Bugün, 12:49 İQTİSADİYYAT
Sabahın hava proqnozu açıqlandı Bugün, 12:41 CƏMİYYƏT
“Güclü dövlət yalnız vergi toplamağı bacaran deyil" - Deputat Bugün, 12:36 İQTİSADİYYAT
XİN başçısı: "Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır" Bugün, 12:28 GÜNDƏM
Zahid Oruc deputat həmkarına irad tutdu: "Ekranda adı olan həmkarlar etiraz etməsələr..." Bugün, 12:23 SİYASƏT
QHT-lərlə bağlı qanun dəyişir: Qeydiyyat necə aparılacaq? - DETALLAR BƏLLİ OLDU Bugün, 12:08 SİYASƏT
SOCAR-dan Naxçıvana yanacaq tədarükü barədə - Açıqlama Bugün, 12:06 GÜNDƏM
"Dəhlizin giriş-çıxış nöqtəsi Azərbaycan-Ermənistan sərhədindədir deyə..." - Nazirdən TRİPP yolu haqda açıqlama Bugün, 11:56 SİYASƏT
Milli Məclisə gələn ilin büdcəsindən nə qədər vəsait ayrıldı? -Smeta qəbul olundu Bugün, 11:52 İQTİSADİYYAT
NAZİR ƏLİ KƏRİMLİNİN HƏBSİ BARƏDƏ SUALI CAVABLANDIRDI: "Hər kəs qanun qarşısında cavab verməlidir və hazırda gedən..." Bugün, 11:31 SİYASƏT
Fərid Şəfiyev: "Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələ yaşayır" Bugün, 11:23 SİYASƏT
Müdafiə Nazirliyinin Mətbuat xidmətində dəyişiklik - Nazir Xalq artistinin oğlunu vəzifədən azad etdi Bugün, 11:16 PRESS
"AZƏRİQAZ"DA İNANILMAZ QƏRAR: 21 rayonda qəza xidmətinin maşınlarına "stop" qoyuldu Bugün, 10:56 GÜNDƏM
ATV kanalının süjeti: Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO Bugün, 10:42 CƏMİYYƏT
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub Bugün, 10:30 CƏMİYYƏT
Dərc vaxtına görə
